Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Elanlar
6 Fevral , 2020

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən 2019-cu ildə keçirilmiş “Oxu bayramı” müsabiqəsinin mütaliə mədəniyyətinin formalaşdırılmasında, kitabxanalara yeni oxucuların cəlb edilməsində və müxtəlif sahələr üzrə ədəbiyyatın mütaliəsində böyük rolu olmuşdur. Müsabiqənin məqsədi insanlarda oxu vərdişlərini aşılamaq, yeniyetmə və gənclərin daha bilikli və savadlı olması, asudə vaxtlarının səmərəli təşkilidir.
Müsabiqə nəticəsində region kitabxanalarında 2018-ci il ilə müqayisədə 3564 nəfər çox yeni oxucu qeydiyyatdan keçmişdir. Belə ki, oxu bayramından sonra 1 may 2019-cu il tarixindən 30 dekabr 2019-cu il tarixinədək region kitabxanalarına 9597 nəfər yeni oxucu müraciət etmişdir. 2018-ci ilin müvafiq dövründə isə yeni oxucuların sayı 6033 nəfər olmuşdur.
“Oxu bayramı” müsabiqəsinin müsbət nəticələrini və regionda kitaba olan böyük marağı nəzərə alaraq Xaçmaz Regional Mədəniyyət İdarəsi II “Oxu bayramı” müsabiqəsinə start vermişdir. Müsabiqə 4 nominasiya üzrə təşkil edilib:
- 10-20 yaş
- 20-40 yaş
- 40-60 yaş
- 60-yaşdan yuxarı

1 may 2019-1 may 2020-ci il tarixləri arasında ən çox kitab oxuyan şəxslər 4 nominasiya üzrə Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən pul mükafatı, hədiyyə və fəxri fərmanlarla təltif ediləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslərin 1 may 2020-ci il tarixinədək Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə müraciət etmələri xahiş olunur.

2020-ci ildə keçiriləcək “Oxu bayram”larında ölkəmizin tanınmış yazıçı və şairlərinin iştirakı planlaşdırılır.