Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
14 Fevral , 2020
14.02.2020-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Kitab bağışla-kitab qazan” adlı tədbir keçirildi.MKS-nin direktor müavini Hüriyyə Sultanova tədbiri açaraq bildirdi ki, bü gün dünya səviyyəsində, ölkəmizin də dəstəklədiyi bu qısa ömürlü ayın 14-nə təsadüf edən Beynəlxalq Kitab Bağışlama Günüdür. 14 fevral- Beynəlxalq Kitab Bağışlama Günü təqvimdə ən gənc bayram kimi 2012-ci ildə Amerika ziyalılarının və kitabsevərlərinin təşəbbüsü ilə həyata vəsiqə alıb. Bu tədbirin məqsədi oxucularda kitaba,mütaliəyə həvəs yaratmaqdır. Bu gün insanlarda oxuya məhəbbəti aşılamağı çalışanlanları birləşdirir. Sonra MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova çıxış edərək qeyd etdi ki, dünya əhalisi 14 fevralı Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu gün həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərində yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə sevinci yaradır. Tədbirin sonunda Quba Gənclər və İdman İdarəsinin könüllülərinə və fəal oxuculara MKS-nin mərkəzi kitabxanasının ehtiyat fondundan müxtəlif mövzularda kitablar hədiyyə olundu, “14 fevral-Beynəlxalq Kitab Bağışlama Günü” dür adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya