Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
25 Fevral , 2020
25.02.2020 – ci il tarixdə rayon MKS – nin mərkəzi kitabxanasının oxu zalında kitabxana işçiləri ilə birgə fevral ayına dair seminar-müşavirə keçirildi. Seminarın keçirilməsində məqsəd kitabxanaçıların müasir peşə vərdişlərinin təkmilləşdirilməsi, iş prosesində operativ xidmət və kitabxanaların fəaliyyətinin gücləndirilməsidir. Tədbirdə rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının işçiləri iştirak edirdi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən MKS-nin direktoru Saməddin Nəsirov kitabxana işinin müasir standartlara uyğun qurulmasında qarşıda duran vəzifələrdən danışdı. O , kitabxana sahəsində tətbiq olunan yeniliklərdən söhbət açdı və bu sahədə mövcud olan problemlərin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğuladı. Sonra çıxış edən Metodika və biblioqrafiya şöbəsinin müdiri Firidun Əlimərdanov, şöbənin böyük metodisti Faiq Əliyev kitabxanaların aylıq iş planlarında, protokol və gündəliklərində olan çatışmazlıqlardan danışdılar, kitabxanaların vəziyyəti, onların mövcud problemləri, vəzifələrini müzakirə etdilər. Tədbir çərçivəsində kitabxanaçılara qarşıdakı aylarda kitabxanalarda görülməli işlər və tapşırıqlarla bağlı məlumatlar verildi. Seminar-müşavirədə kitabxana işçilərindən Gənclər qəsəbə kitabxanasının filial müdiri Zakir Teymurov, Paşaoba kənd kitabxanasının filial müdiri Sevinc Qurbanova, Hacıhüseynli kənd kitabxanasının filial müdiri Pərvanə Mahmudova və başqalarının sualları cavablandırılıdı, onları maraqlandıran fikir və məsələlərə aydınlıq gətirildi, qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıldı və həmin məsələlər elə yerindəcə həllini tapdı.Sonda bu ilin sonunadək həyata keçiriləcək tədbirlər haqqında məlumatlar dinlənildi, dövrü mətbuatın paylanılması işi həyata keçirildi və növbəti seminar-müşavirənin keçiriləcəyi vaxt dəqiqləşdirildi.