Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Elanlar
19 Avqust , 2020

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 19 avqust 2020-ci il tarixdə saat 1500-da Qubalı şair Abdulla Məmmədin yeni çapdan çıxmış “Gerçək yuxular” adlı kitabının onlayn təqdimatı keçiriləcəkdir.

     Onlayn formatda təşkil olunacaq kitab təqdimatında kitabın redaktoru, ön söz müəllifləri, şairin qələm dostları, həmçinin kitabxana işçiləri və oxucular iştirak edəcəkdir.

      Tədbirdə iştirak etmək istəyənlər Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin elektron poçt ünvanına (quba.mks@mail.ru ) müraciət edə bilərlər.