Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
11 Sentyabr , 2020

11.09.2020-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  Xalq şairi Bəxtiyar Vahabzadənin anadan omasının 95 illiyi ilə əlaqədar “Azərbaycanın Bəxtiyarı” adlı onlayn tədbir keçirildi.Tədbiri giriş sözü ilə Quba rayon MKS-nin oxuculara xidmət şöbəsinin bölmə müdiri Zəmirə İskəndərova   açaraq Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr bəxş etdiyini,60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olduğunu, şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini bildirdi. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin əməkdaşı Validə Əmiraslanova Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında məlumat verərək şairin 70-dən artıq şeir kitabının ,2 monoqrafiyanın,11elmi publisist kitabın ,yüzlərlə məqalənin,tarixi və müasir mövzuda  20-dən artıq iri həcmli poemanın müəllifi olduğunu,1958-ci ildə yazdığı “Gülüstan”poeması ilə iki yerə parçalanmış Azərbaycan xalqının tarixi faciəsini dilə gətirdiyni azadlıq və istiqlal uğrunda ədalətli mübarizəyə qoşulduğunu qeyd etdi.Daha sonra mərkəzi kitabxananın əməkdaşları Faiq Əliyev və Faziyyat Malıyeva şıxış edərək B.Vahabzadənin ilk yaradıcılığa 1943 –cü ildə “Ana və şəkil” adlı şeri ilə başladığını,1949-cu ildə “Mənim dostlarım “adlı ilk kitabının çap olunduğunu,1974-cü ildə Azərbaycanın “Əməkdar İncəsənət xadimi”,1984-cü ildə “Xalq şairi”fəxri adına, 1995-ci ildə “İstiqlal” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunduğunu,”Bir gəminin yolçusuyuq” kitabına görə 1984-cü ildə SSRİ Dövlət mükafatına layiq görüldüyünü bildirdi.Tədbirin sonunda İmam Əlirzayev,Aygün Yasinova,Nigar Əliyarova, Mahirə Məmmədova şairin məşhur şerlərindən parçalar söylədilər.

Foto Qalereya